"Neftçi"də koronavirusa yeni yoluxma aşkarlandı


15:33     19 Dekabr 2020 20_12_19_1608373400.jpg

"Neftçi"də koronavirus testlərinin nəticəsi bəlli olub.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Femida.az-a verdiyi məlumata görə, komandada yeni yoluxma aşkarlanıb.

Onun sözlərinə görə, braziliyalı müdafiəçi Rener Alvesin analizinin cavabı müsbət çıxıb. Futbolçu dərhal karantinə alınıb.

Əvəzində isə qapıçı Kamran İbrahimov xəstəlikdən sağalıb.

Qeyd edək ki, "Neftçi"də hazırda Alvesdən başqa, Stiven Monroz və Bruno Teluşi də aktiv xəstədir.

Açar sözlər:

Oxunub: 538


Oxşar xəbərlər