Astarada karantin rejimini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb
16:12 02 Yanvar 2021
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-A verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib. Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
Oxunub: 441
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub