42 ölkədə peyvəndləmə başladı
11:09 09 Yanvar 2021
“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dolayısı ilə aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin hələlik peyvənd almadığına dair açıq problem mövcuddur: “Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və ACT-Accelerator vasitəsilə birlikdə həll etməliyik”.
Baş direktor koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasına da toxunub. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ekspertlərin Çinə səfəri ilə bağlı danışıqlar davam edir.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- 42 yaşlı kişi bıçaqlandı
- 42371 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
- 4250 məktəb dezinfeksiya olunub
- 42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib
- 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
- 42 baş heyvan oğurladı
- 42 iş hüquq-mühafizə orqanlarına göndərildi- İcazəsiz balıq ovuna görə
- 42 min avro saxta pul satan şəxslər həbs edildi - Bakıda
- 42 Azərbaycan vətəndaşına Gürcüstana giriş qadağan olundu - 1 ayda
- 42 yaşlı molla qəflətən dünyasını dəyişdi