Suriyadan Türkiyəyə soxulmaq istəyən İŞİD üzvləri saxlanılıb
16:33 27 Yanvar 2021
Suriyadan Türkiyə ərazisinə soxulmaq istəyən terrorçu İŞİD qruplaşmasının 12 üzvü saxlanılıb.
Femida.az xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, onların 5-i Rusiya, 4-ü Özbəkistan və 3-ü Qırğız Respublikasının vətəndaşlarıdır. Onlar qanunsuz yolla Türkiyə ərazisinə soxulmaq istəyərkən tutulublar. Tutulanlardan biri İnterpol xətti ilə qırımız bülletenlə axtarışda olub.
Oxunub: 580