Ramiz Mehdiyevin oğlunun şikayəti əsasında şirkət rəhbəri tutuldu


09:49     01 Fevral 2021 21_02_01_1612158569.jpg


Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

O, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 817