İrandan gətirilən duzun yararsız olduğu aşkarlanıb - Satışı qadağan edilib
14:59 10 Fevral 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Oxunub: 449
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana keçmək istəyən narkotacir saxlanılıb
- İrandan gələn daha bir maşında narkotik tapıldı - FOTO
- İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub