Ali Məhkəmənin iki hakimi Məhkəmə-Hüquq Şurasına üzv oldu
16:04 18 Fevral 2021

Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Cinayət kollegiyasının sədri Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Şuradan Femida.az-a verilən məlumata görə, hər iki şəxs 5 il müddətinə Məhkəmə-Hüquq Şurasının üzvlüyünə qəbul ediliblər.
Onlar Ali Məhkəmənin hakimləri, Şurada səlahiyyət müddətləri başa çatan Şahin Yusifov və Şəlalə Məmmədovanı əvəzləyiblər.
Qeyd edək ki, Məhkəmə Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.
Hazırda Şurada Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Zityafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə apelyasiya Məhkəməsinin sədri Taödıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Baş prokurorun müavini Heydər Məmmədov təmsil olunur.
Oxunub: 673
Oxşar xəbərlər
- Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub
- Külək mülayimləşib - FAKTİKİ HAVA
- ETSN: Bakı və Abşeronda minimal temperatur mənfi 6 dərəcə olub
- DYP: Bakının bəzi yollarında buzlaşma var
- Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
- Əfv Komissiyasının növbəti iclası keçirilib - 150-dən çox müraciətə baxılıb
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
- Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"
- DİN: Bakı-Qazax yolunun qəza baş verən hissəsində hərəkət tam bərpa edilib
- Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA