BŞİH: Paytaxtın yolları səhərə kimi qardan təmizlənib
11:05 25 Fevral 2021
Gecə saatlarından səhərə kimi Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib.
BŞİH-dən Femida.az-a verilən məlumata görə, xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. İşlər gün ərzində davam etdiriləcək.
Oxunub: 446