DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
17:51 05 Mart 2021
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə fevral ayı ərzində 8373 zəng daxil olub. Onlardan 7487-si Azərbaycan, 834-ü rus, 52-si isə ingilis dillərində cavablandırılıb.
DMX-dən Femida.az-a verilən məlumata görə, qəbul edilən zənglərin 2750-si müvəqqəti yaşama icazəsi, 1638-i müvəqqəti olma müddətinin uzadılması, 590-ı daimi yaşama icazəsi, 482-si iş icazəsi, 1115-i vətəndaşlıq məsələləri, 178-i olduğu yer üzrə qeydiyyat, 1620-si isə digər məsələlərlə bağlı olub.
Femida.az
Oxunub: 515