Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub


21:40     10 Mart 2021 21_03_10_1615394449.jpg


Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.


Qurumdan Femida.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub.

İclasda həmçinin tövsiyə xarakteri daşıyan Vəkil İcraatı (Dosyesi) Qaydaları ilə bağlı məsələyə baxılmış və qaydalar qəbul olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.

Açar sözlər: #vəkil   #vəkillərkollegiyası  

Oxunub: 3435