Slovakiya ilə siyasi dialoqu yüksək qiymətləndiririk - XİN rəhbəri


14:13     17 Mart 2021 2018/04/ceyhun-bayramov_1524644015.jpg

Azərbaycanla Slovakiya arasında siyasi dialoqu çox yüksək qiymətləndiririk və bu dialoqu davam etdirməyi zəruri sayırıq.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Slovakiyadan olan həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə Slovakiyanın Azərbaycanda səfirliyi təsis edilib və ölkəmiz bunu ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirir.

C.Bayramov həmkarı ilə görüşdə energetika, mədəniyyət və elm sahələrində də iş birliyinin genişləndirilməsinin diqqətdə olduğunu vurğulayıb.

XİN rəhbəri, həmçinin əlavə edib ki, Slovakiyanın 11 şirkəti Azərbaycanda müxtəlif sahələrdə - tikinti, nəqliyyat, xidmət, ticarət sektorlarında fəaliyyət göstərir. Nazir iki ölkənin ticari əlaqələrinin inkişafı ilə bağlı potensialın olduğunu diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 387