Putinlə Paşinyan Qarabağı müzakirə edib


20:13     26 Mart 2021 2021/03/pesko-1616774888_1616779063.jpg

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər:

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib, Qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib".

Bundan əlavə, koronavirusa qarşı mübarizə tədbirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 526