Azərbaycanda 2 206 yeni yoluxma - 35 nəfər öldü


16:36     09 Aprel 2021 21_04_09_1617972646.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 363