Saatlıda meyiti tapılan şəxsin kimliyi məlum olub


12:05     13 Aprel 2021 21_04_13_1618301170.jpg

Saatlı rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Femida.az -IN məlumatına görə, bugün səhər saatlarında mərkəzi xəstəxananın yaxınlığındakı beşmərtəbəli yaşayış binasında 55-60 yaş arasında kişi meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Saatlıda aşkarlanan meyitin şəxsiyyəti məlum olub. Bu, rayonun Mollavəzili kənd sakini, 1954-cü il təvəllüdlü Əhliman Əmiraslanovdur.

Açar sözlər:

Oxunub: 434