Münhen Təhlükəsizlik Konfransı əyani formatda keçirilməyəcək


18:12     05 May 2021 2021/05/cd893c76-4c45-3acd-9276-b5225b958cf3_850_1620224018.jpg

2021-ci il Münhen Təhlükəsizlik Konfransı koronavirusla bağlı vəziyyətə görə əyani formatda keçirilməyəcək.


Femida.az “Bild”-ə istinadən xəbər verir ki, bu barədə təşkilat komitəsinin əlaqələr direktoru Kristian Tiels (Christian Thiels) bildirib:

“Təhlükə çox böyükdür. Koronavirusla bağlı vəziyyətin bundan sonra necə dəyişəcəyini heç kim deyə bilməz. Odur ki, əyani konfrans qeyri-mümkündür”.

Qeyd edək ki, bu ilin fevral ayında konfrans virtual formatda keçirilərək həmişəki üç gün əvəzinə cəmi bir neçə saat davam edib.

Açar sözlər:

Oxunub: 777