Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb


19:57     06 May 2021 21_05_06_1620313078.jpg

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Açar sözlər:

Oxunub: 1028