20 il həbsdə oldu, yenidən tutuldu - VİDEO


21:45     07 Aprel 2015 og.jpg

20 ilə yaxın həbsxana həyatı yaşayan Tərtər rayon sakini 48 yaşlı Zakir Verdiyev Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.

 
Femida.az-ın xəbərinə görə, ümumilikdə 7 mənzil qarətində təqsirləndirilən Verdiyev  oğurluqları damdan evə keçməklə həyata keçirdiyini bildirib. 
 
Nizami rayonunda saxlanılan şəxs Xətai rayonunda da oğurluq törədib. Sonuncu oğurluq epizodunu martın 6-da saat 20:30 radələrində İnarə Orucovaya məxsus mənzilə damdan kəndirlə girməklə törədib. O, zərərçəkmiş İnarə Orucovaya məxsus dəyəri 3000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqla maddi ziyan vurub. Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Zakir Verdiyevin yeri müəyyən olunaraq  həbs edilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (APA TV) 


   

Femida.az 

Açar sözlər:

Oxunub: 1900