Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait xərclənib - 4 ayda


12:35     16 May 2021 21_05_16_1621154504.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödəyib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 649