Ceyhun Bayramovla Türk Şurasının baş katibi bu məsələləri müzakirə etdi


20:13     18 May 2021 21_05_19_1621372428.jpg


Xarici işlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı olub.

Bu barədə Femida.az-a XİN-dən məlumat verilib.

Tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 541