Prokurorluqdan qadını güllələyən polislə bağlı açıqlama


15:36     20 May 2021 2021/05/16041-1621510457_1621510667.jpg

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Açar sözlər:

Oxunub: 542