Şair Əziz Musa vəfat etdi
12:48 30 May 2021
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əziz Musa vəfat edib.
Femida.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat yayıb.
Qeyd edək ki, Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.
“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.
Oxunub: 1181