15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ
19:02 12 İyun 2021
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Femida.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-dən bildirilib.
Femida.az
Oxunub: 1018
Oxşar xəbərlər
- 15 il axtarışda olan qadın tutuldu
- 1562 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb
- 15 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
- 15 nəfər koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
- 15 saylı cəzaçəkmə müəssisəsində 18 məhkum azad edildi
- 154 yeni yoluxma - 2 ölüm
- 15 mindən çox tələbənin təhsil haqqı dövlət hesabına ödənilib
- 15 sentyabrda “Bilik günü” keçirilməyəcək - RƏSMİ
- 152 yeni yoluxma - 111 nəfər sağaldı
- 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı