Sabahdan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablara qadağa qoyulur
14:16 30 İyun 2021
Sabahdan, iyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.
Femida.az xəbər verir ki, qadağa 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” fərman əsasında tətbiq edilir.
Sənəddə deyilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.
Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 718
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabahdan ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır
- Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Sabahdan AZAL və “Buta Airways” Rusiyaya bütün reysləri dayandırır
- Sabahdan COVID pasportu ilə bağlı bu qadağalar tətbiq ediləcək - SİYAHI
- Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq