85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var
11:12 04 İyul 2021
Filippində hərbi təyyarə qəzaya uğrayıb.
"Report" "Agency France Presse"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 40 nəfər xilas edilib. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.
"Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik", - general deyib.
Yerli mətbuat ordudakı mənbələrə istinadən qəza zamanı azı 17 nəfərin həlak olduğunu bildirib.
Oxunub: 337
Oxşar xəbərlər
- 85 889 nəfər vaksinasiya olundu
- 85 yaşlı qadının Ermənistanda işgəncələrə məruz qaldığı məlum olub
- 85 yaşlı kişini kəlbətinlə öldürdü - MƏHKƏMƏ
- 85 dövlət əmlakı hərraca çıxarıldı
- 85 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı
- 85 yaşlı qonşusunu kəlbətinlə öldürən şəxsə hökm oxundu
- 8500-ə yaxın məcburi köçkün ailəsi qəzalı vəziyyətdə yaşayır
- 85 əmlak hərraca çıxarılıb
- 8500 partlayıcı aşkar edildi
- 85 min manatı öz hesabına köçürən haker tutuldu - Polisdən uğurlu əməliyyat