Məşhur iş adamı 100 milyon manat kredit borcunu qaytarmır - Məhkəməyə verildi
17:13 05 İyul 2021
2016-cı ildə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC-nin ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşhur iş adamı Şahin Mövsümovu məhkəməyə verib.
Femida.az xəbər verir ki, iddiaya səbəb sahibkarın vaxtilə Bankdan götürdüyü və faizlərlə birlikdə təxminən 100 milyon manat olan borcu qaytarmamasıdır.
İşlə bağlı cavabdeh qismində Ş.Mövsümovun yaxın qohumu İzolda Mövsümova, eləcə də iş adamına məxsus “AS Group of Companies” MMC-yə daxil olan “AS İnşaat” MMC, maraqlı tərəf qismində isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Bakı Kommersiya Məhkəməsində baxılan iddia üzrə hakim Zeynəb Axundovadır.
Xatırladaq ki, Ş.Mövsümov bundan əvvəl də “Bank Standard”a olan kredit borcunu ödəməməsi ilə gündəmə gəlib.
Femida.az
Oxunub: 1668
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi
- Məşhur müğənnimiz vəfat etdi
- Məşhur teleaparıcı Şamil Famillİ vəfat edib
- Məşhur şairin qardaşı oğlu intihar edib
- Məşhur kafe və restoranlar cərimələndi - Siyahı
- Məşhur filmin prodüseri vəfat edib
- Məşhur iş adamına məxsus şirkətin 4 milyon manat vergi borcu var
- Məşhur erməni bloger Gəncənin vurulmasına görə Paşinyanı ittiham etdi