Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
14:26 13 İyul 2021
Daxili İşlər Nazirliyi (DİN) iyulun 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Femida.az-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 33 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Oxunub: 575
Oxşar xəbərlər
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Cinayət Məcəlləsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi təklif olunub
- Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb
- Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- Cinayət törədən 39 nəfər saxlanılıb
- Cinayət törədənlərin 77 faizi məsuliyyətinə cəlb olunub