“Avrora Qrup” jurnalistlər üçün təlim təşkil edib


22:00     15 İyul 2021 2021/07/hl-2007691609_1626382459.jpg


22 iyul Azərbaycanda jurnalistlərin peşə bayramı münasibəti ilə Avrora Qrup tərəfindən jurnalistlər üçün sosial media idarəçiliyi mövzusunda təlim keçirilib.

Femida.az-ın məlumatına görə, təlim “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq onlayn media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təşkil edilib.

Hilton oteldə baş tutan tədbirin məqsədi Azərbaycanda onlayn media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlığının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsində yeni imkanları öyrənmək olub.

Təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat axtarış sistemlərində ilk sıralarda çıxma, aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə etmişdir.

Qeyd edək ki, trendlər və yenilikləri jurnalistlərə peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid çatdırıb.

Təlimimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.















Femida.az

Açar sözlər: #təlim   #Avrora   #jurnalist   #media  

Oxunub: 330