Şadlıq sarayının sahibi 4 min manat cərimələndi


17:50     25 İyul 2021 2021/07/cd71ed9e-06bb-37e4-a9fa-4f9b86e50ad0_850_1627221102.jpeg

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Çinar” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqların bəzilərinin COVID-19 pasportu olmadığı, xidmət personalının tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntularına görə, obyektin icarədarı Arif Əzimov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 827