Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var


10:59     27 İyul 2021 21_07_27_1627367954.jpg

Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə şərti olaraq “İkinci şöbə” adlanan yerdə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan at arabasını vurub. Nəticədə arabada olan Xudat qəsəbəsi sakini, 1961-ci il təvəllüdlü, Məhəmməd Cəfərağa oğlu Xalıqov və Quba rayonunun Vladimirovka kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Rüstəm oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 833