Azərbaycanda 4000-dək məhkuma elektron qolbaq tətbiq edilib


20:33     28 İyul 2021 21_07_28_1627488471.jpg

Azərbaycanda 4000-dək məhkum elektron qolbaq daşıyır.

Femida.az -ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qeyd olunub.

Bildirilib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək 2021-ci ildə həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2 900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4 000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Açar sözlər:

Oxunub: 984