Ağdaşda şirniyyat sexində fəhlənin dəzgahın içərisinə düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb
09:45 02 Avqust 2021
İyulun 31-i saat 9 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 515
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib