Lənkəran və Salyanda ev yanıb


10:46     14 Avqust 2021 2021/08/07AF11A4-CBE6-4097-A2FD-FFC6FCF4F7B0_1628917481.jpeg

Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 464 m² (hər mərtəbəsi 232 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 175 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN    

Oxunub: 910