Tələbələrin universitetə girişi belə tənzimlənəcək
12:58 20 Avqust 2021
"Əyani tədrisə başlayacaq təhsil müəssisələrindəki monitorinq qruplarına Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı Təhsil Nazirliyinin və yerli icra hakimiyyəti orqanın nümayəndələri də cəlb olunacaq”.
Femida.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, monitorinq qrupları həmin müəssisələrdə qəfləti monitorinqlər həyata keçirəcəklər. Əgər kimsə yoxlayıcını yayındırıb daxil olubsa, məsuliyyət həmin şəxsin üzərinə düşməyəcək: "Təhsil müəssisələrində əyani tədrisə cəlb olunan 18 yaşından yuxarı tələbələr universitet yoxlamadan keçmədən daxil olarsa, onların inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Bu hallarda təhsil müəssisəsi rəhbərliyi və yoxlayıcılar məsuliyyət daşıyacaq”.
Oxunub: 1038
Oxşar xəbərlər
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
- Tələbələrin köçürülməsi başladı - Fevralın 7-dək davam edəcək
- Tələbələrin köçürülməsinə başlanılır
- Tələbələrin köçürülməsi başa çatıb