Kabildən 18 mindən çox insan evakuasiya edilib- NATO


16:15     20 Avqust 2021 2021/08/58884-1629461058_1629461784.jpg

Taliban yaraqlılarının Əfqanıstan paytaxtını ələ keçirməsindən sonra Kabildan 18 mindən çox insan təxliyə edilib.

Femida.az xəbər verir ki, bu barədə "Reuters"ə NATO nümayəndəsi məlumat verib.

Alyans sözçüsü, evakuasiya səylərini ikiqat artıracaqlarını vəd edib.

Adının açıqlanmasını istəməyən səlahiyyətlinin sözlərinə görə, taliblər uçuş sənədləri olmayanları evlərinə qayıtmağa çağırsalar da, ölkəni tərk etmək istəyən minlərlə insan hələ də Kabil hava limanındadır.

Femida.az

Açar sözlər:

Oxunub: 1092