Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb
10:58 24 Avqust 2021
2021-ci ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.
Femida.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.
Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.
Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
Qeyd edək ki, Türkiyəni ən çox Rusiyadan (1,55 milyon nəfər), Almaniyadan (1,26 milyon nəfər) və Ukraynadan (1,12 milyon nəfər) olan turistlər ziyarət edirlər.
Oxunub: 1401
Oxşar xəbərlər
- Türkiyəyə göndərilən daha 10 qazi Vətənə dönüb
- Türkiyəyə əlavə yanğınsöndürən heyəti göndəriləcək
- Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə dönüb
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR - VİDEO
- Türkiyəyə göndərilən daha 2 qazi Vətənə döndü - FOTO
- Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməyin QAYDLARI
- Türkiyəyə yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
- Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır
- Türkiyəyə şəxsiyyət vəsiqəsilə getmək mümkün olacaq