Kabel oğurluğu ilə məşğul olan 3 nəfər saxlanılıb


10:42     26 Avqust 2021 21_08_26_1629958394.jpg

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Vüsal İsayev, Rafiq Ələsgərov və Rahib Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər cari il ərzində müxtəlif vaxtlarda 640 metrdən çox elektrik naqillərini oğurlayaraq vətəndaşlara maddi ziyan vurublar.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1172