13 min manatlıq dələduzluq edən qadına cinayət işi açılıb
16:57 01 Sentyabr 2021
Maral Xəlilovanın qanunsuz əməlləri barədə Füzuli Rayon Prokurorluğuna daxil olmuş kollektiv ərizə əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Femida.az- a rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla rayonun Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadənin əməlinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik etməsi müqabilində Xumar Əbüləzimovadan və qardaşı Eldost Hacıyevdən ümumilikdə 13 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Femida.az
Oxunub: 606
Oxşar xəbərlər
- 1300-dən çox şəxs dövlət qulluğuna imtahan verdi
- 13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti məlum oldu - FOTO
- 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - 10 cinayət işi açılıb
- 132 yeni yoluxma qeydə alınıb - 155 nəfər sağalıb
- 13 yaşlı məktəbli itkin düşüb - FOTO
- 13 bağ evini qarət edən şəxslər tutulub - FOTOLAR
- 13 nəfər pirotexniki vasitələrdən xəsarət alıb
- 1365 manat oğurlayan yeniyetmə saxlanılıb
- 13 rəqəmindən qorxanlar – Triskadefobiyadan necə qurtulmalı?
- 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb