Zərdabda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir
17:05 02 Sentyabr 2021
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində mütəmadi nəzarət-profilaktik tədbirlər keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşlarının qapalı məkanlarda keçirdiyi növbəti belə tədbirlər zamanı alıcı və satıcılar arasında qayda pozuntusu hallarına rast gəlinib. Rast gəlinən qayda pozuntularının aradan qaldırılması üçün profilaktiki səpkidə söhbətlər aparılıb. Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Qaydalara əməl etməyən bir neçə nəfərə isə intizam tənbeh tədbirləri tətbiq edilib.
Oxunub: 2902
Oxşar xəbərlər
- Zərdabda 72 yaşlı kişi intihar edib
- Zərdabda 57 yaşlı kişi intihar edib
- Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib
- Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb
- Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb
- Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb
- Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb
- Zərdabda karantinə görə toy sahibləri cərimələnib
- Zərdabda ev yanıb - FOTO