Merkel ilk dəfə özünü feminist adlandırdı
23:15 09 Sentyabr 2021
Almaniya kansleri Angela Merkel feminist olduğunu etiraf edib.
Femida.az xarici mediaya istinadən xəbər verir ki, Merkel 2017-ci ildə “İyirmiliy”in sammitində özünü belə bir statusla bəzəmək fikrində olduğunu bildirməsə də, illər keçdikcə fikrini dəyişib.
“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. Onda (2017-ci il sammiti) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm: hamı feminist olmalıdır”, - deyə Merkel bildirib.
Onun sözlərinə görə, söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedərsə, o özünü əminliklə feminist adlandıra bilər.
Femida.az
Oxunub: 1157
Oxşar xəbərlər
- Merkel ciddi xəstəliyə tutulub?
- Merkel şəkər xəstəliyinə tutulub?
- Merkel Qarabağ münaqişəsinə toxundu - “Buna göz yuma bilmərik”
- Merkelin təyyarəsi nasazladı - Pilot havada uçuşu dayandırdı
- Merkelə bomba göndərən qadın 8 ildən sonra tutuldu
- Merkel İrəvanı Azərbaycan şəhəri kimi təqdim etdi - VİDEO
- Merkel Ermənistanı Azərbaycanla dəyişik saldı
- Merkelin Ermənistana səfəri zamanı biabırçılıq - Onu qarşılamağa avtomobil tapılmadı
- Merkel: “Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır”
- Merkel Şəhidlər Xiyabanını ziyarət edib - Fotolar