Un istehsalçılarına subsidiya veriləcək - QAYDALAR
15:37 16 Sentyabr 2021
2021-ci il sentyabrın 1-dən dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləğinin necə hesablanacağı və kimlərə subsidiya veriləcəyi müəyyənləşib.
Femida.az -ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən ediləcək.
Eyni zamanda, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək.
Un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu qərarla müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Ünvanlı dövlət sosial yardımın məbləği artdı (RƏSMİ)
- Ünvanlı sosial yardımlar bu tarixdə ödəniləcək
- UNEC-in dosenti vəfat edib
- UNEC-ə yeni prorektorlar təyin edilib
- Universitetlərə qeydiyyat bu gün başa çatır
- Ünvanlı sosial yardım iyulun 17-də ödəniləcək
- Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb
- Ünvanlı dövlət sosial yardımının məbləği artıb
- Universitetlərin açılacağı dəqiq vaxt məlum oldu