Latviya prezidenti: "Azərbaycan beynəlxalq təhlükəsizliyə mühüm töhfə verir"
18:39 01 Oktyabr 2021
Azərbaycanın Latviyaya yeni təyin olunmuş səfiri Elnur Sultanov etimadnaməsini bu ölkənin Prezidenti Eqils Levitsə təqdim edib.
Femida.az xəbər verir ki, sonra Latviya Prezidenti Eqils Levits səfir Elnur Sultanovla söhbət edib. Səfir E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Latviyanın dövlət başçısına çatdırıb.
Latviya Prezidenti Eqils Levits Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, öz növbəsində onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Latviya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Prezident Eqils Levits bu əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Latviyanın dövlət başçısı Azərbaycanın etibarlı tərəfdaş olaraq beynəlxalq təhlükəsizlik və əməkdaşlıq proseslərinə mühüm töhfə verdiyini, ölkələrimiz arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın olduğunu vurğulayıb.
Səfir Elnur Sultanov Latviyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu bildirərək iki ölkə arasındakı münasibətlərin inkişafında dövlət rəhbərlərinin mühüm rolunu vurğulayıb, bu xüsusda, 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfərini xatırladıb. Diplomat Latviya tərəfinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Prezident Eqils Levitsə təşəkkürünü bildirib.
Sonra ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Kanada Ukraynaya zirehli texnika, Latviyaya yeni hərbçilər göndərəcək
- Latviya Prezidenti İlham Əliyevi təbrik edib
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- “Kiçik bir millət - böyük Animasiya” festivalının açılışı oldu - FOTO
- "Bakı Qlobal Forumu vacib platformadır" - Latviya Prezidenti
- Vaksin pasportu olmayan latviyalılar alış-veriş edə bilməyəcək
- Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb
- Türkiyə MN də Latviyaya etirazını bildirdi