Hakimlər məhkəmə binalarında maska taxacaq
13:50 06 Oktyabr 2021
Ali Məhkəmə ölkədə koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər çərçivəsində hakimlərə və məhkəmə aparatı işçilərinə yeni tapşırıqlar verib.
Femida.az -ın xəbərinə görə, bu, Ali Məhkəmənin "Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında" tövsiyədə əksini tapıb.
Qeyd olunub ki, hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır.
Həmçinin məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görməlidirlər.
Femida.az
Oxunub: 793
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib - ADLAR
- Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb
- Azərbaycan çempionatının oyununda hakimlər döyülüb
- Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib