Azərbaycan nümayəndələri Özbəkistanda görüş keçiriblər
14:10 07 Oktyabr 2021
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Daşkənddə keçirilən “İpək Yolu İncisi” kinofestivalında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti tərkibində Özbəkistana gələn UNEC Tədqiqatlar Fondu Bakı şəhəri Departamentinin rəhbəri Ellada Əliyeva Özbəkistanın İpək Yolu Strateji və Regionlararası Tədqiqatlar institutu direktorunun müavini Sancar Vəliyevlə görüşüblər.
Femida.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın türkdilli dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində inkişaf perspektivləri, qarşılıqlı informasiya mübadiləsi və elmi tədqiqat məsələləri müzakirə olunub.
Qeyd olunub ki, siyasi, iqtisadi, diplomatik, mədəni, elmi və digər sahələri əhatə edən məsələlər Türk Şurası çərçivəsində daim müzakirə olunur və biz öz fəaliyyətimizi məhz bu istiqamətdə qururuq.
Görüşdə institutun proqram təminatı və multimedia şöbəsinin rəisi vəzifəsini icra edən Nigar Şahmərdanova və aparıcı elmi işçi İradə İmamova da iştirak ediblər.
Femida.az
Oxunub: 528
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib