Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürülüb, yaralılar var
19:58 10 Oktyabr 2021
Naməlum silahlı quldurlar Nigeriyanın Sokoto əyalətindəki bazara hücum edib.
Femida.az -ın məlumatına görə, bu barədə yerli “Vanguard” qəzeti yazıb.
Qəzetin məlumatına görə, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikletlərlə bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.
"Silahlı şəxslər Sokoto əyalətində həftəlik Mailal bazarına hücum ediblər. Onlar atəş açaraq, azı 20 nəfəri öldürüblər, habelə çoxlu sayda insan yaralanıb", - qəzet qeyd edib.
Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.
“France Presse” agentliyi hadisə zamanı 19 nəfərin öldüyünü bildirib.
Oxunub: 798
Oxşar xəbərlər
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Nigeriyada silahlı hücum zamanı 48 nəfər öldürülüb
- Nigeriyada silahlıların hücumu nəticəsində 20 polis ölüb
- Nigeriyada atışmada 45 nəfər öldürülüb
- Nigeriyada təyyarə qəzaya uğrayıb
- Nigeriyada kəndə silahlı hücum nəticəsində 58 nəfər öldürülüb
- Nigeriyada baş verən partlayışda 7 nəfər öldü
- Nigeriyada silahlıların hücumu zamanı onlarla insan həlak olub
- Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
- Nigeriyada kənd əhalisinə hücumlar zamanı 43 nəfər ölüb