Evlərdən oğurluq edən qadın tutuldu


20:15     15 Oktyabr 2021 2021/10/C781A4A0-BF17-4A28-940A-09B6337DFA54_1634322775.png

Ağdaş rayonunun Kükəl kəndindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərəb kənd sakini F.Paşayeva Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, F.Paşayevanın sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Oğurluq    

Oxunub: 492