"Azərbaycana Fransanın dostluq mesajını çatdırıram" - Səfir


18:11     18 Oktyabr 2021 2021/10/8B0DFA3E-A084-4098-B235-D6C94F4CA483_1634567494.png

"Azərbaycanın müstəqilliyinin bərpasından otuz il keçir. 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol oldu!".

Femida.az xəbər verir ki, bu barədə Fransanın ölkəmizdəki səfiri Zakari Qrosun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyanatında deyilir.

"Azərbaycan öz suverenliyini qoruyub saxladı, öz təhlükəsizliyini, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etdi, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirdi, beynəlxalq əməkdaşlıq qurdu, universitet standartlarını yüksəltdi və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başlayıb", - səfir qeyd edib.

Bəyantda vurğulanıb ki, İkinci Qarabağ münaqişəsinin sonunda atəşkəs razılaşması əldə edildi və bu, gələcəyi hazırlamağa imkan verməlidir: "Bu gün, müstəqilliyin otuz ili münasibətilə Fransanın dostluq mesajını çatdırıram. Azərbaycana Avropa ilə tərəfdaşlığını gücləndirməsini, iqlim və rəqəmsal transformasiyaya uyğunlaşmasını sürətləndirməyi, Ermənistan arasında davamlı sülhün yaradılmasını və Cənubi Qafqazın çiçəklənməsini arzu edirəm".



Femida.az

Açar sözlər: #Fransa   #Səfir    

Oxunub: 346