Peyvənd olunanların sayı açıqlanıb


17:33     21 Oktyabr 2021 2021/10/8BD25C81-A586-443B-BA7A-76F3669AEC05_1634825619.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 281 946 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 1331