Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib
11:48 29 Oktyabr 2021
"Ata, anası vəfat edən, eləcə də ailəsi olmayan şəhidlərin bacı və ya qardaşları üçün müəyyən yardımlar edilməlidir".
Femida.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, şəhid ailələri üçün olan yardımlar onlarla bir yerdə yaşayan bacı və ya qardaşlarına şamil edilmir: "Halbuki belə şəxslərin sayı elə də çox deyil. Çünki bəzən olub ki, şəhid bacısı, yaxud qardaşı bir evdə yaşayıb. Yəni, o məhz qardaşının himayəsində olub və onun qazancı ilə dolanıb. Dövlət qurumlarına üzümü tutub deyirəm ki, bu, say elə də çox deyil. Onlara da müavinət və ya ev verilməlidir".
Oxunub: 1412
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputata yeni vəzifə verildi
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputat ağacəkmə kampaniyası təşkil etdi
- Deputatdan qiymət artımına etiraz