Ötən gün 2 piyada yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib
13:38 29 Oktyabr 2021
Oktyabrın 28-də respublika ərazisində ölümlə nəticələnən 2 yol qəzası baş verib ki, ikisi də piyada vurma hadisəsidir.
BAş Dövlət Yol Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində 1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı, 90-MU-899 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub, daha sonra sonuncu aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OD-967 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib.
Saat 21:25 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində 2002-ci il təvəllüdlü Əhmədov Rusif Vaqif oğlu “VAZ 2107” markalı, 10-NC-407 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu soldan-sağa keçməyə çalışan 2005-ci il təvəllüdlü piyada Qarayev Cabir Cəmil oğlunu vurub.
Hər iki hadisədə piyadalar yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməyə cəhd edib və bu da onların həyatları bahasına başa gəlib. Faktlar üzrə araşdırma aparılır.
Oxunub: 1339
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb