Şuşanın azad olunmasından sonra Qarabağda ilk xalça toxunub
09:20 01 Noyabr 2021
Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağın “Çələbi” xalçası Şuşa şəhərindədir.
Femida.az xəbər verir ki, layihə çərçivəsində toxunan xalça Şuşa işğaldan azad olunandan sonra burada toxunan ilk Qarabağ xalçası olub.
Qeyd edək ki, Qarabağ xalçası Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Onun gələcəkdə muzeydə eksponat kimi saxlanılacağı istisna edilmir.
Qarabağ xalçası Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.
Xalçaya ilk ilmələri "Azərxalça"nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurub. Sumqayıtda olanda şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.
Xalça "Azərxalça"nın dizaynerləri tərəfindən hazırlanıb və qədim naxışlarımızı özündə əks etdirən "Çələbi" xalçasıdır.
Oxunub: 1400
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycana nə verəcək?
- Şuşanın içməli su təchizatı sisteminin yenidən qurulmasına başlanılıb
- Şuşanın "mədəniyyət paytaxtlığına" namizədliyi verildi
- Şuşanın baş planı Prezident və birinci xanıma təqdim olunub
- Şuşanın baş planını bu şirkət hazırlayacaq – 4 milyon manata
- Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü
- Şuşanın gəzməli-görməli yerləri - VİDEO
- Şuşanın alınması xəbərini Prezidentə məruzə edən zabit kimdir? - DOSYE
- Şuşanın UNESCO-nun siyahısına salınması üçün işlərə başlanıldı